19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Komanda istədiyimiz kimi oynadı”

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - MTK (Macarıstan) qarşılaşmasından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qəbələ” növbəti mərhələyə adladı ki, buna çox şadam. Avropa səviyyəli, yaxşı bir rəqibə qalib gəldik. Hər iki matçda MTK-ya qalib gəlməyimiz görüşlərə daha yaxşı hazırlaşmağımız və bütün komponentlərdə onlardan üstün olmağımızla bağlıdır. Bu qarşılaşmada komanda istədiyimiz kimi oynadı. Bizə lazım olanları meydanda həyata keçirdik. Ümumilikdə isə oyun ideal olmadı. Çünki ideal matçlar nadir hallarda yaşanır. Bəzi azsaylı məqamlar var ki, onların üzərində çalışacağıq. Futbolçularımıza minnətdaram. Artıq bu gündən “Lill”in təhlilinə başlaya bilərik. Bu komanda yüksək səviyyəyə malikdir. Belə rəqiblərlə qarşılaşmaq imkanımız olduğu üçün şadam. Onlara qalib gəlmək isə böyük nailiyyət olacaq. Biz də bunu gerçəkləşdirməyə çalışacağıq”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30