23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Oyundan və nəticədən razıyam"

Bu gün “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburqun “F91 Düdelanj” komandası ilə 1:1 hesablı heç-heçə edərək, iki oyunun nəticəsinə görə III təsnifat mərhələsinə vəsiqəni təmin edib. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda öz fikirlərini bildirib:

“Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu. Birinci oyunda qeydə alınan nəticə də öz sözünü dedi. İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm, səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər” (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30