19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Admira”nın baş məşqçisi: “Kəpəz”in oyunu məni təəccübləndirdi”

“Oyun çətin keçdi. 90 dəqiqə ərzində üstün idik. “Kəpəz”i də gözəl oyuna görə təbrik edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Admira”nın baş məşqçisi Oliver Lederer deyib.

Avstriya klubu Bakıda “Kəpəz”i 2:0 hesabı ilə məğlub etməklə Avroliqanın III təsnifat mərhələsinə yüksəlib.

Matçdan sonra keçirilən mətbuat konfransında “Admira”nın çalışdırıcısı “Kəpəz”in bugünkü oyunundan təəccübləndiyini bildirib: “Məni təəccübləndirən o oldu ki, “Kəpəz” səfərdəki kimi oynadı. Bunu gözləmirdim. Amma sonda “Kəpəz” daha çox hücumlara meyl etdi. Bu da ona görədir ki, komandam daha rahat oynayırdı”.

Lederer rəqibin heyətində Darionu fərqəndirib: “Müdafiədə “Kəpəz” kollektiv şəkildə müdafiə olunurdu. Sol cinahda Dario Federiko fərqlənirdi. Hiss olunurdu ki, nəsə etməyə çalışır”

Avstriya klubunun çalışdırıcısı Bakıda gördüyü qonaqpərvərlikdən razılığını ifadə edib: “Bizi burada çox yaxşı qarşıladılar. Burada yaradılan şəraitdən razıyıq. Gələcəkdə Bakıya yolumuz düşsə, yenidən bura həvəslə gələcəyik”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30