24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vəli Qasımov: “Skopyeyə mərhələni keçmək üçün gəlmişik"

Avropa Liqası II təsnifat mərhələsinin cavab matçında “Neftçi” “Şkendiya” ilə səfərdə qarşılaşacaq. Futbolxeber.az saytının futbolpress.az-a istinadən verdiyi məlumata görə, oyunöncəsi mətbuat komnfransında Vəli Qasımov ehtiyatlı danışıb:

- "Neftçi" güclü komandaya qarşı oynayır. Onlarda güclü oyunçular var. Bəziləri Avropa səviyyəsindədi. Bakıdan bura gəlmişik ki, mərhələni keçək.

- Mərhələni keçməsi üçün "Neftçi" üçün nə çatır, nə çatmır?

- Çatışmazlıq daha çoxdur. Hücumçu istəyirdik. Ancaq alınmadı. Kollektiv balacadı. Ehtiyat skamya çox qısadı. Heyətdə təcrübəsizlər, gənclər çoxluq təşkil edir.

- Komandanın vəziyyəti fiziki cəhətdən o qədər yaxşı deyil...

- Razı deyiləm bu fikirlə. İlk oyunda göründü ki, "Neftçi"nin fiziki durumu yüksək səviyyədədir. Xüsusən, ilk hissədə üstün futbol oynadıq.

- Ötən oyundan sonra bildirmişdiz ki, rəqibin zəif yerləri var, bunları müəyyənləşdirmişik.  Sabah bu cəhətlərin hansı tərəfindən istifadə edərsiz?

- Zəif komanda deyil, nisbətən müdafiədə boşluqlar var. Biz bundan istifadə eləməyə çalışacağıq. Əsas hədəfimiz bu olacaq ki, öz oyunumuzu oynayaq. Müəyyən oyunçularımızın üstünə yük daha çox düşəcək. Bunun öhdəsindən lazımınca gəlsək, düşünürəm ki, qələbə qazanarıq. Baxmayaraq ki, rəqibin heyətində Avropa səviyyəli futbolçular var və bizimçün bu iş heç də asan olmayacaq.

- Səhər rəqibin baş məşqçisi sanki ehtiyatlı danışırdı. Deyilənlərdən elə hiss olunurdu ki, müdafiədə oynayacaqlar. Siz nə üslubu planlayırsız?

- Ümumiyyətlə, çempionatın son turlarında 5 müdafiəçi ilə oynayırdıq. Bunun da obyektiv, subyektiv səbəbləri var idi. Ancaq  indi vəziyyət həminki deyil və düşünmürəm ki, sabah "Neftçi"  beşli müdafiə ilə oynayacaq.

- İlk oyundakı nəticəyə əsasən deyə bilərikmi "Şkendiya" favoritdir?

- Mən mediada oxuyuram ki, matçın favoriti "Şkendiya”dı. Başa düşmürəm niyə belə düşünürlər. Mənə görə şanslar əlli-əlliyədi.

- Heyətdə dəyişikliklər varmı?

- Elə bir ciddi dəyişiklik yoxdu.

- İlk oyunda Rəhman Haciyevin faydalı ötürmələr verə bilməməsindən şikayətlər vardı. Bu dəfə start heyətində oynadacaqsızmı?

- Məncə, Rəhman ona tapşırılan mövqedə yaxşı oynayır. Hücum mövqeyində faydalıdır. Onu heyətdən kənarlaşdırmağa elə bir səbəb görmürəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30