20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk: “Oyunçularımda arxayınçılıq olmayacaq”

“Arzulayırıq ki, sabah siz istəyən hesabla udaq (5:0 nəzərdə tutur-red.). Amma bu rəqiblə çox çətin olacaq. Əvvəlki oyundakı səhvləri təkrar etməməliyik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah “Qəbələ” Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında MKT-ni qəbul edəcək. Hazırda “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matçın baş tutacağı “Bakcell Arena”da oyunönvəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis rəqibin gücünə qadir olduqlarını bildirib: “Rəqibi yaxşı tanıyırıq, onları analiz etmişik. Hər şeyə real yanaşmaq lazımdır. Bir həftə ərzində hazırlıq keçmişik. Oyunçularla söhbətimiz olub. Onlar rəqibin nəyə qadir olduğunu bilirlər. İnanmıram ki, hansısa futbolçum növbəti mərhələdə olduğumuzu düşünsün. Oyunçularımda arxayınçılıq olmayacaq. Onlar rəqibin gücünə bələddirlər”.

Qriqorçuk hücumçu transfer etmələri ilə bağlı sualı belə cavablandırıb: “Transfer pəncərəsi hələ açıqdır. Heyətə hücumçu cəlb etmək istəyirik. Həmin transferi tez reallaşdırmalıyıq. Həm də futbolçu bizə kömək edəcək gücdə olmalıdır. Qısa vaxt ərzində istədiyimiz hücumçunu tapmaq çətindir. Oyunçu sayını artırmaq üçün yox, gücümüzə güc qatmaq üçün transfer reallaşdırmalıyıq”.

“Qəbələ”nin çalışdırıcısı mərhələ adlayacaqları halda, qarşılaşacaqları “Lill”dən də söz açıb: “Bu barədə danışmaq istəməzdim. Bunu hörmətsizlik kimi qəbul etməyin. Sadəcə olaraq, məni hazırda sabahkı oyun maraqlandırır. Çünki cütün taleyi həll olunmayıb, Sadəcə onu deyə bilərəm ki, belə rəqibə qarşı oynamaq futbol adına bizim üçün böyük hadisə olar. “Lill”lə görüşlərdə motivasiyaya ehtiyac yoxdur. Rəqibin adı motivasiyadır”.

Ukraynalı mütəxəssis hələlik sabahkı matç üçün start heyətini müəyyənləşdirmədiyini vurğulayıb: “Sabahkı görüşdə hansı heyətə güvənəcəyimi dəqiq deyə bilmərəm. Bunu sabah biləcəyəm. Amma əvvəlki görüşdəki heyətə oxşar “11-lik” olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30