19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Admira”nın baş məşqçisi: “Sabah mübarizəni dayandırmaq bizim üçün faciə olmayacaq”

“Bakı kimi gözəl şəhərdə bizi yaxşı qarşıladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Bilirik ki, sabah bizi çətin oyun gözləyir. Ev oyununda yaxşı çıxış etdik və 1:0 hesablı qələbə qazandıq. Lakin sabah bizi çətin oyun gözləyir. Ola bilər ki, sabahkı qarşılama 90 və ya 120 dəqiqə davam etsin”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Admira”nın baş məşqçisi Oliver Lederer deyib.

Sabah Avstriya klubu Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Kəpəz”in qonağı olacaq. Hazırda “Admira”nın çalışdırıcısı matçın keçiriləcəyi “Dalğa Arena”da oyunöncəsi mətbuat konfransı keçirir.

Oliver Lederer “Kəpəz”in üstün cəhətləri barədə söz açıb: “Rəqibi analiz etmişəm. “Kəpəz”in üstün cəhətləri sürətli əks-hücumlardır. Bunu ilk oyunda sübut ediblər. Hücum xəttində braziliyalılar çox fəal çıxış ediblər. Çalışacağıq ki, topu özümüzdə saxlayaq və rəqibin əks hücumlara çıxmasına imkan verməyək”.

 “Admira”nın çalışdırıcısı Bakıda müdafiədən oynamaq fikrində olmadıqlarını vurğulayıb: “Deməzdim ki, sabah müdafiədən oynayacağıq. Oyun tərzimiz rəqibdən asılı deyil. Hər zaman çalışırıq ki, hücum edək. Amma bu, bəzən alınmır. Məşqçi kimi gələcəyim sabahkı oyundan asılı deyil”.

Oliver Lederer Bakıda qol vuracaqlarına inandıqlarını söyləyib: “Kəpəz”ə hörmətlə yanaşırıq Amma gücümüzə inanırıq. Düşünürəm ki, komandam Bakıda qol vura bilər. Penaltiləri də məşq etmişik. Bununla belə, 90 dəqiqədə ərzində qol vurmaqla cütün taleyini həll etməyə çalışacağıq. Sabah mübarizəni dayandırmaq bizim üçün faciə olmayacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30