25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şahin Diniyev: "Bu, həyatımın ən məsuliyyətli oyunudur"

“Geridə qalan oyunlarda mətbuat yanımızda olub. Hərə bir cür dəstək olur. Buna görə jurnalistlərə minnətdarlığımı bildirirəm. Yazılanlar mənə və futbolçulara mənəvi güc verir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Sabah Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Kəpəz” öz meydanında “Admira”nı qəbul edəcək.

Bu gün “Dalğa Arena”da Şahin Diniyevin oyunöncəsi mətbuat konfransı keçirilir.

Diniyev matçdan öncə iddialı danışmaq istəmədiyini bildirib: “Oyundan öncə pafoslu çıxış etmək istəmədim. Elə söz demək lazımdır ki, oyundan sonra da danışmaq mümkün olsun. “Admira”nın gücü məlumdur. Buna qədər 3 oyunlarınız izləmişdik. Nəyə qadir olduqlarını bilirik. Çalışırdıq ki, ilk oyunda “Admira”ya boş sahə verməyək. Bu məqsədimizə çatsaq da, 1 fərdə səhv məğlubiyyətimizə gətirib çıxardı. 3 oyunda komandamız cəmi 1 sarı vərəqə alıb. Bu da müdafiəçilərin dəqiq oyununun göstəricisidir”.

Təcrübəli mütəxəssis cavab oyunu öncəsi şansları bərabər dəyərləndirib: “Şanslar 50-nin 50-yədir. İlk oyundan sonra da demişdim, biz döyüşü uduzduq, müharibə hələ qabaqdadır. Futbolçular da sabahkı görüşün mahiyyətini dərk edirlər. Şadam ki, məhz bu cür futbolçularla işləyirəm. Çalışacağıq ki, boyumuzdan yuxarı tullanaq. Bəlkə də əlimizə bir də belə şans düşməyəcək. “Admira”nın heyəti aqressiv futbolçularan ibarətdir. Lakin biz daha aqressiv çıxış etməliyik. Hər iki komanda sabah ağıllı oynamağa çalışacaq. Sabah necə oynayacağımızı demək istəmədim. Xüsusi planımız var. Bir daha deyirəm ki, “Admira” güclü rəqibdir. Bizi sabah çətin, gərgin oyun gözləyir”.

“Kəpəz”in çalışdırıcısı heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: “Ebah və Renanın kiçik zədəsi var idi. Amma dünəndən məşqlərə başlayıblar. Sabah böyük ehtimalla, meydana tam heyətlə çıxacağıq”.

Diniyev sabahkı görüşdə risk etmək fikrində olmadıqlarını qeyd edib: “Buraxılan 1 qol matçın dayanması demək olacaq. Bu cür oyunlarda səhv etmək olmaz. Sözün açığı, penaltilər seriyası üzərində işləməmişik”.

“Sabahkı oyunu Şahin Diniyevin “Kəpəz” karyerasında ən vacib matç adlandırmaq olarmı” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Məncə olar. “Kəpəz”in bura qədər gəlib çıxmasında rəhbərliyin, futbolçuların böyük əziyyəti var. Sabah uduzsaq belə, futbolçuları nədəsə günahlandırmağa haqqımız çatmaz. Bu, həyatımın ən məsuliyyətli oyunudur. Millidə də çalışmışam, güclü rəqiblərə qarşı oynamışıq, amma heç vaxt məndə belə həyəcan olmayıb”.

Diniyev “Admira” və “Daçiya”nı da müqayisə edib: “Admira” “Daçiya”dan 2 qat üstündür. Kağız üzərində onların şansı daha çoxdur. Rəqib hər bir cəhətdə bizdən üstündür. Biz 2 məqamda rəqibi üstələyə bilərik – motivasiya və aqressivlik. Komandama inanıram. Meydançanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Daha çox işləmələyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30