29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Teo Viks: “Qəbələ"nin üzərində böyük təzyiq olacaq”

"Səfərə qələbə üçün gəlmişdik və xoşbəxtlikdən buna da nail olduq. Avroliqa görüşündə səfərdə qalib gəlmək çox çətindir. Ancaq biz çox çalışdıq və qələbə qazandıq". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, "Qəbələ"nin yeni transferi Teo Viks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab görüşü öncəsi "The Bush Chicken"ə açıqlamasında deyib.

Artıq Avropa Liqasında 4 qol vuran liberiyalı futbolçu komandasının arxayınlaşmamalı olduğunu bildirib: "Biz indi evdə oynayacağıq və ilk görüşdəkindən də çətin mübarizəyə atılacağıq. İkinci oyun başa çatmamış rahatlaya bilmərik. MTK mərhələ adlamaları üçün mütləq qalib gəlməlidir. Buna görə də üzərimizdə böyük təzyiq olacaq. Lakin biz öz gücümüzə inanmalı və mərhələ adlamaq üçün ağır mübarizə aparmalıyıq".

Qeyd edək ki, iyulun 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - MTK oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Macarıstanda keçirilən ilk oyunda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31