19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yusif Həsənov: “Əsas məqsədimiz gənc futbolçuları inkişaf etdirməkdir”

“Bu gündən etibarən “Səbail” klubu öz fəaliyyətinə başlayır. Müşahidə Şurasının üzvləri ilə tanış oldunuz. Şurada yer alanların əksəri tanınmış simalardır. Klubumuzun gələcəyinin parlaq olacağına inanırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yeni yaradılan “Səbail” klubunun Müşahidə Şurasının sədri Yusif Həsənov deyib.

Həsənov qeyd edib ki, klubun əsasını gənclər təşkil edəcək: “Əsas məqsədimiz gənc futbolçuları inkişaf etdirmək, milli komandalara hazırlamaqdır. Bu gün U-21, U-19, U-17-yə dəvət alan futbolçularn bir qismi yığmaya dəvət alsalar da, klublarında daim oynamaq imkanı qazanmırlar. Həmin oyunçular üçün klubumuzun qapısı açıqdır”.

Yusif Həsənov maddi baxımdan problem yaşamayacaqlarını bildirib: “Avqustda klubumuzun rəsmi saytı fəaliyyətə başlayacaq. O zaman maddi məsələlərlə bağlı bütün suallara sayt vasitəsi ilə aydınlıq gələcək. I divizionda iştirak üçün lazım olan bütün sənədləri PFL-ə təqdim edəcəyik. Bunun üçün lazım olan bütün işlər görülür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30