25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Araz Abdullayev: “Azarkeşləri başa düşürəm"

“Neftçi”nin kapitanı Araz Abdullayev “Şkendiya” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı A. Abdullayevin müsahibəsini təqdim edir:

- Qolsuz tamamlanan qarşılaşmaq haqda nə deyə bilərsən?

- Oyun çox ağır keçdi. Hava çox isti idi. Buna baxmayaraq, komandamız əlindən gələni etdi. Ən azından 1 qol vurmaq istəyirdik ki, səfərə sərfəli nəticə ilə yollanacq. İndiki halda 0:0 hesabı da pis deyil. Səfərdə vuracağımız qol bizə şans gətirə bilər. Həmin görüşə yaxşı hazırlaşmalıyıq.

- Sanki “Neftçi” meydana heç-heçə üçün çıxmışdı...

- Xeyr. Fikrimiz qələbə qazanmaq idi. Azarkeşlərimiz önündə oynayırdıq. Ötən dəfə “Balzan”la oyunda məğlub olsaq da, azarkeşlərimiz yenə bizi tək buraxmadılar Buna görə fanatlara təşəkkür edirəm

- Azarkeşlərin ən çox tənqid etdiyi futbolçulardan da biri sənsən. Buna münasibətin necədir?

- Azarkeşləri başa düşürəm, “Neftçi” böyük komandadır. Səhv edəndə narazılıq edirlər. Buna görə onları anlayıram. Normal tənqidə həmişə normal yanaşıram.

- “Şkendiya” ilə görüşdə sanki məsuliyyəti üzərinə götürə bilmirdin. Bu nədən irəli gəlirdi?

- Bu dəfə hücumda oynayırdım. Bu da bir qədər çətinlik yaradırdı. Yarımmüdafiədə çıxış etmək daha rahatdı. Oyun ərzində qapıya zərbə endirsəm də, fərqlənmək mümkün olmadı.

- “Neftçi” səfərdə lazımi nəticəni qazana biləcək?

- Futboldu, hər şey ola bilər. Hesab edirəm ki, qələbəni kim çox istəsə, kim meydanda çox mübarizə aparsa, o da qalib gələcək.

- “Neftçi”nin gücü Skopyedə 120 dəqiqə mübarizə aparmağa çatar?

- Cavan komandayıq. Fiziki cəhətdən zəif olduğumuzu deməzdim. Dayanmadan üzərimizdən işləyirik. Hər şey oyunun gedişatından asılıdır. Görəndə ki qalib 90 dəqiqə ərzində müəyyənləşməyəcək, o zaman gücüvü əlavə vaxta uyğun bölürsən.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30