28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Çingiz Abdullayev: “Bunu heç kim mənim kimi istəyə bilməz”

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Şkendiya” ilə oyundan sonra jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Ç. Abdullayevin müsahibəsini təqdim edirik:

- “Neftçi” yenə Avroliqa oyununda öz meydanında qələbə qazana bilmədi. Qolsuz tamamlanan görüşlə bağlı nə deyə bilərsiz?

- Bərabərsəviyyəli oyun keçdi. Pis oynamdıq. Növbəti mərhələyə yüksəlmək üçün şansımız var. İnanıram ki, səfərdə mərhələ adlaya bilərik. Makedoniyada qollu heç-heçəyə nail olsaq, üçüncü tura yüksələcəyik.

- “Neftçi”də hazırda hücumçu problemi hiss olunur. Bu problemi həll etmək fikriniz var?

- Oyunçunu Müşahidə Şurasının səri seçməməlidir. Bunu komandanın məşqçisi, meneceri etməlidir. Biz də hücumçu transfer etmək istəyirik. Qarşıdakı günlərdə məsələni həll edəcəyik. Vəli Qasımov bu barədə bizə deyib. Biz də qərara almışıq ki, qarşıdakı 3-4 gündə heyətimizi gücləndirək. Ola bilər ki, 1 yox, 2 hücumçu alınsın.

- Hücumçu transferini əngəlləyən səbəb nədir? Bəlkə komandada maliyyə problemi var...

- “Neftçi”də maliyyə problemi yoxdur. Çox gözəl sponsorumuz var. Siz də düz yazmırsız ki, keçmiş rəhbərliyin vaxtında.... Keçmiş rəhbərlik çox sağ olsun ki, komandanı qaldırmışdı yüksəyə, çox gözəl oynayırdılar. Amma “Neftçi”də bəzi problemlər var idi. Yavaş-yavaş həmin problemləri həll edirik. Sentyabra qədər bütün çətinliklər aradan qalxacaq.

- Bu mövsüm “Neftçi”nin hədəf nədir?

- “Neftçi”ni hər dəfə təhqir edəndə düşünürəm ki, hansısa komanda 2 il ard-arda finala çıxsaydı, onu tərifləməzdilər? Finalda qazandığımız medalları görəndə sevindim ki, 2 il ərzində nəsə etmişik. Siz elə bilirsiz, “Qəbələ”ni səfərdə keçmək asandı? Qriqorçukun necə gözəl məşqçi olduğunu bilirsiz. Bu il məqsədimiz kubokda finala çıxmaq və ilk 3 yer uğrunda oynamaqdır.

- İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bundan 1 gün öncə isə “Neftçi” “Şkendiya” ilə cavab matçına çıxacaq. Komandanız mərhələ almaqla jurnalistləri təbrik edə bilər?

- Biz də mərhələ adlamaq istəyirik. Bunu heç kim mənim kimi istəyə bilməz. Mən özüm də mətbuatla bağlı insanam. Çox istərdim ki, səfərdə sərfəli nəticə qazanaq.

- “Neftçi”dəki yerli futbolçuların işə yanaşması sizi nə dərəcədə razı salır?

- Komandanın heyətində yer alan yerli futbolçuların əksəri gənclərdi. 21, 22 yaşlı insanlardı. Bizdə 30 yaşlı yerli futbolçu yoxdu. Bu, bir tərəfdən də komandanın ziyanınadır. Təcrübəli futbolçu olsaydı, liderlik göstərməklə komandanı arxasınca aparardı. Araz Abdullayev bu gün özünü yaxşı tərfədən göstərdi. Cavanlar gələcəkdə çox yaxşı oynayacaqlar.

- Qarşıdakı mövsümdə Premyer Liqada 8 komanda oynayacaq. Sizcə bu məqam “Neftçi”nin işini asanlaşdıracaq?

- İnanmıram ki, asanlaşdırsın. “Qarabağ” güclüdür. Digərləri demək olar ki, eyni səviyyədədir. Ötən mövsüm “Rəvan” və “Xəzər Lənkəran” digər komandalardan geri qalırdı. Bu dəfə 8 bərabərsəviyyəli komanda mübarizə aparacaq çempionatda. Heç kim asan xal qazana bilməyəcək.

- “Xəzər Lənkəran”ın dağılmasına münasibətiniz necədir?

- Bu, mənə çox pis təsir etdi. Gözəl azarkeşləri olan komanda dağıldı. İstərdim ki, Premyer Liqada daha çox klub olsun. Bilirəm ki, AFFA-nın məqsədi növbəti mövsüm üçün 12 komandalı çempionat keçirməkdir. İnanıram ki, belə də olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31