29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Şkendiya”nın baş məşqçisi: “Neftçi” çox ağıllı oynadı”

“Oyunu planlaşdırdığımız kimi keçirdik. “Neftçi”ni analiz etmişdik. Rəqibin heyətində bəzi mövqelərdə dəyişikliklər var idi. Amma bu, bizim üçün vacib deyildi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Neftçi” - “Şkendiya” görüşü qolsuz bərabərliklə tamamlanıb.

“Şkendiya”nın çalışdırıcısı matç ərzində topa daha çox sahib olduqlarını vurğulayıb: “Matçın gedişində topa daha çox sahib olduq. İkinci hissədə rəqib bir qədər təzyiqi artırdı. “Neftçi” çox ağıllı oynadı. Meydandan daha yaxşı nəticə ilə ayrıla bilərdik. Lakin 0:0 da pis deyil”,

Xorvat mütəxəssis “Neftçi”nin heyətlə bağlı çatışmazlığından xəbərdar olduğunu qeyd edib: “Neftçi”nin heyətlə bağlı problemləri var idi. Bu da oyunda hiss olunur. Bilirdim ki, rəqib baş məşqçinin matçın gedişində heyətdə ciddi dəyişikliklər etməyə imkanı yox idi”.

Akrapoviç komandasının fiziki cəhətdən yorğun olduğunu söyləyib: “Bu gün komandam daha yaxşı oynadı. Bundan da yaxşı çıxış edə bilərdik. Sadəcə, komandada bir qədər yorğunluq var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31