28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nika Kvekveskiri: “Qəbələ” üçün səfərdə oynamaq problem yaratmayacaq”

UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” II təsnifat mərhələsinin ilk oyununda MTK ilə qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı Nika Kvekveskiri Macarıstandakı oyun haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“MTK-nın oyunlarını izləyib, rəqib komandanı yaxşı təhlil etmişik. Bu komanda çox yaxşı təşkil olunub. Bizi çətin oyun gözləyir. Macarıstan klubu Avropa üslubunda güc futbolu oynayır. MTK-nın güclü hücum xətti var. Qarşılaşmada maksimum mübarizə aparıb, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Oyunöncəsi komandada əhval-ruhiyyə də yaxşıdır. Son görüşdə “Samtredia”ya uduzsaq da, ilk mərhələni arxada qoymuşuq. İndi yalnız MTK ilə matçı düşünürük. Meydana çıxıb sübut edəcəyik ki, “Samtredia” ilə ilk matçda göstərdiyimiz gücdəyik”.

Kvekvskiri matçın səfərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etmədiyini düşündüyünü də qeyd edib: “Çətinliklər istənilən matçda, həm ev, həm səfərdə ola bilər. Əsas qələbə üçün bacarığından maksimum istifadə etməkdir. “Samtredia” ilə səfər matçında oyunumuz alınmamışdı. Bunu Macarıstanda təkrarlamamalıyıq. “Qəbələ”nin heyətində kifayət qədər təcrübəli futbolçular olduğundan bizim üçün səfərdə oynamaq problem yaratmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31