29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Şkendiya”nın baş məşqçisi: “Sabahkı matçda qələbə və ya qollu heç-heçə məni qane edəcək”

“Şəhərinizi çox bəyəndim. Xüsusilə insanların qonaqpərvərliyini qeyd etmək istərdim. O ki qaldı oyuna, bütün diqqətimizi sabahkı görüşə yönəltmişik. Rəqibin çıxışını izləmişik. “Balzan”la hər 2 matça baxmışam. Deyə bilərəm ki, “Neftçi” güclü komandadır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk oyun barədə çıxışına belə davam edib: “Sabah sərfəli nəticə qazanmaq üçün intizamlı şəkildə çıxış etməliyik. Proqnoz verə bilmərəm. Nəticənin necə olacağını sabah görəcəyik. Sabahkı matçda qələbə və ya qollu heç-heçə məni qane edəcək”.

Xorvat mütəxəssis “Neftçi”nin heyətində 3 futbolçunu fərqləndirib: “Neftçi”nin heyətində Araz Abdullayevi xüsusilə qeyd edərdim. Eləcə də Rəhman Hacıyev və Ruslan Qurbanovu. “Neftçi”nin heyətində keyfiyyətli futbolçular çoxdur. "Neftçi"nin ev oyunlarında qələbə qazana bilməməsindən xəbərimiz var. Onu da bilirəm ki, heç bir Makedoniya klubu Azərbaycanda qələbə qazana bilməyib. Biz statistikanı pozmaq istəyirik” (gülür).

Bruno Akrapoviç məşqçilik karyerasından da söz açıb: “Məşqçi kimi gəncəm. Çünki futbolçu karyeramı 42 yaşımda bitirmişəm. 2011-ci ildən bu yana işlədiyim komandalarda bir ildən çox qalmamışam. Ancaq statistikada qələbə qazandığım oyunlar çoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31