18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Riçard Almeyda: “Vurulan qollarda bütün komandanın əziyyəti var”

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda “Düdelanj”la oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Əvvəlcə görüşlə bağlı fikirlərinizi bölüşərdiniz.

- Bilirdik ki, oyun asan keçməyəcək. Hər dəfə topu itirəndə rəqib əks-hücuma keçirdi. Bu da “Düdelanj”ın təhlükəli komanda olduğunu göstərirdi. Qələbə qazandıq. Lakin mübarizə hələ yekunlaşmayıb. Bizi səfərdə çətin oyun gözləyir.

- Ardıcıl 2 qoldan sonra “Qarabağ” sanki sakitləşdi. Bunu nə ilə əlaqələndirmək olar?

- Biz də istərdik ki, rəqibə daha çox qol vuraq. Amma “Düdelanj” fasilədən sonra tamamlə müdafiəyə çəkildi. Buna görə də rəqibin arxa xəttini yarmaq çətin oldu. Bir daha deyirəm ki, biz hesab arasındakı fərqi artırmağa çalışırdıq.

- Matçın gedişində zədə aldınız. Hazırda vəziyyət necədir?

- Zədəm o qədər də ağır deyil. Sabah özümü daha yaxşı hiss edəcəyəm. Ciddi probem yoxdur.

- Evdə qazanılan 2:0 hesablı qələbə mərhələ adlamağa kifayət edəcək?

- İkinci oyun bugünkü qarşılaşma ilə müqayisədə daha çətin keçəcək. Lakin əlimizdən gələni edəcəyik ki, yenə də uğur qazanaq.

- Vurduğunuz 2 qolla “Qarabağ”a qələbə qazandırdınız...

- Qol mənim ayağımdan gələ bilər. Ancaq vurulan qollarda tək mən yox, bütün komandanın əziyyəti var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30