20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev üçün əlamətdar gün

Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar gündür. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin 50 yaşı tamam olur.

Şahin Xudakərim oğlu Diniyev 1966-cı ilin 12 iyulunda Beyləqan rayonunda anadan olub. Futbolçu karyerasına 1984-cü ildə “Avtomobilist”də (Mingəçevir) başlayıb. Daha sonra “Gənclik” (Bakı), “Neftçi”, “Kəpəz” (Kirovabad/Gəncə), “Nistru” (Kişinyov), “Fakel-Voronej”, “Dinamo” (Gəncə), “Terek” (Qroznı), “Hapoel” (Taybe), “Beytar” (Tel-Əviv), “Fərid” (Bakı) və “Dinamo”da (Bakı) forma geyib.

1992-1996-cı illər aralığında Azərbaycan yığmasında 16 görüşdə meydana çıxıb.

Məşqçilik karyerasına 2001-ci ildə “Terek”də başlayıb. Daha sonra “Qarabağ” (2003-2004), “Kəpəz” (2004-2005), Azərbaycan millisi (2005-2007), “Terek” (məşqçi, 2009-2013) və “Rəvan”da (2013-2014) fəaliyyət göstərib. Ötən mövsümdən “Kəpəz”in baş məşqçisidir. Ötən həftə Gəncə klubu tarixində ilk dəfə məhz Diniyevin rəhbərliyi altında avrokuboklarda mərhələ adlayıb.

Futbolxeber.az saytı bu xoş gündə Şahin bəyi ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edir.

Ad gününüz mübarək, Şahin bəy!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30