19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ramil Şeydayev Bakıda: Gənc hücumçu AFFA ilə danışıqlar aparır

Rusiyanın gənclər yığmasının üzvü, “Zenit”in sabiq hücumçusu Ramil Şeydayev hazırda Bakıdadır. Futbolxeber.az saytının Rusiyanın “championat.com” portalına istinadən verdiyi məlumata görə, Şeydayev paytaxtımızda AFFA ilə danışıqlar aparır. Belə ki, gənc forvard Azərbaycan vətəndaşlığını qəbul edə bilər.

Xatırladaq ki, Rusiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında forma geyən azərbaycanlı hücumçu hələ ki əsas millidə debüt etməyib. Buna görə də Şeydayevin Azərbaycan millisinin formasını geyməsi üçün heç bir problem yoxdur. AFFA xeyli müddətdir ki, gənc hücumçunu yola gətirməyə çalışır.

“Zenit”lə vidalaşan 20 yaşlı forvard hazırda azad agent statusuna malikdir. Türkiyənin “Trabzonspor” klubunun Şeydayevlə maraqlandığı haqda xəbərlər yayılıb.

Əlavə edək ki, Ramil Şeydayev “Zenit”in əsas heyətində 2014-cü ilin oktyabrında debüt edib. O, Sankt-Peterburq klubunun heyətində 5 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30