23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Reynaldo sabah ilk “11-lik”də olmayacaq”

“Oyuna pis hazırlaşmamışıq. Rəqib haqda xeyli məlumat toplamışıq. Digər komandalarımızın növbəti mərhələyə keçmələri bizim üçün yaxşı stimul oldu”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanan “Qarabağ” II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Ağdam klubunun çalışdırıcı Qurban Qurbanov matçdan öncə mətbuat konfransı keçirib.

O, yetirmələrinin sabahkı qarşılaşmaya qələbə üçün çıxacaqlarını bildirib: “Rəqibə çox ciddi yanaşırıq. Bir neçə oyunlarını canlı izləmişəm. Lüksemburqa kiçik futbol ölkəsi kimi yanaşılır. Amma getdikcə futbol elə səviyyəyə gəlir ki, rəqiblər arasında fərq az olur. Heyətindən də məlum olur ki, Fransa və Almaniyadan oyunçuları var. Sabah özünüz də canlı şahidi olacaqsız. İlk mərhələdə ən çətin rəqiblərdən biri ilə qarşılaşacağıq. Amma bununla özümüzü sığortalamaq istəmirəm. Biz istəmişik ki, həmişə maksimum nəticə əldə edək. Sabah azarkeşlər meydanda yaxşı mübarizə görəcəklər”.

- Reynaldo sabah meydana çıxa biləcəkmi?

- İlk “11-lik”də olmayacaq. Sonradan oyuna çıxmaq ehtimalı da azdı. Bu gün məşqdə bəzi hərəkətlərdə yoxlayacağıq. Matça sonradan çıxacağı halda da risk olacaqsa, onda “18-liy”ə daxil etməyəcəyik. Əks halda isə ehtiyatda qalması üçün problem olmayacaq.

- Stadionun ot örtüyü ilə maraqlanmısızmı?

- Yaxşıdı. Bizi qane edir. Ola bilər, ot hələ tam “oturmayıb”. Amma bu günkü vəziyyətdə meydançadan razıyıq.

- “Düdelanj”ın ən təhlükəli mövqeyi hansıdır?

- Yeni alman məşqçi gəlib və yeni sistem qurub. Alman xarakterli futbolçular yığıb, hər mövqedə nizam-intizam həddindən artıq yuxarıdı. Özüm şahidi oldum. Tanınmış məşqçi Topmöllerin oğludu. İstəklidi. İki yaxşı futbolçu transfer etdilər. Açığı, bizdə o qədər pul verib oyunçu alan komanda yoxdu. Heyətlərində həmçinin öz yığmalarının futbolçuları oynayır. Hər mövqedə intizamlı futbolçuları var. Belə bir komandaya qarşı oynamaq rahat olmasa da, maraqlı olacaq. Həyəcan var, amma biz bunu aradan qaldırmağa çalışırıq. Lakin bugünkü psixoloji durumdan razı deyiləm.

- Çempionlar Liqasının qrup mərhələsinə düşsəniz, “Qarabağ”dakı missiyanızı bitmiş sayacaqsız?

- Təki biz ora düşək. Mən həmişə çalışmışam ki, maksimum nəticə əldə edim. Belə bir komandada işləmək hər məşqçiyə nəsib olmur. Hələ ki, burdayam. Amma həyatdı, hər şey ola bilər. 

- Reynaldo adətən Avroliqa oyunlarında komandaya kömək edə bilmir. Onun yerinə kimi oynatmağı düşünürsüz?

- Reynaldonun yerinə futbolçu tapmaq çətindi. Düşünürəm ki, tez bir zamanda zədəsini sağaldar və komandaya kömək edər. Sabahkı matçda isə kimi oynadacağımı deyə bilmərəm. Amma Mahir Mədətov və Muaremin eyni anda meydanda olmaq ehtimalı çoxdu.
 
- Türkiyə mətbuatı Leroy Corcun “Qarabağ”a qayıdacağını yazır. Belə bir ehtimal varmı?
 
- Bu gün mənim planımda yoxdu. Fikrimi oyuna cəmləmişəm. Açığı, belə düşüncəm olmayıb.
 
- Start heyətini açıqlaya bilərsizmi?
 
- Sirr deyil. Amma dəyişiklik də ola bilər. Son anda nəsə baş verə bilər. Buna görə də, oyun günü heyətin açıqlanması daha yaxşıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30