26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Kəpəz” təyyarə məsələsinə aydınlıq gətirdi: “Təklif “Qəbələ”dən gəldi”

İyulun 14-də “Qəbələ” və “Kəpəz” Avroliqanın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə müvafiq olaraq MTK və “Admira”nın qonağı olacaq. Futbolxeber.az saytının məlumatına görə, Macarıstan və Avstriyanın yaxın olması səbəbindən “Qəbələ” ilə “Kəpəz” səfərə eyni təyyarə ilə yollanmaq qərarına gəliblər. Bu isə müəyyən qədər söz-söhbətlərə yol açıb. Məsələyə aydınlıq gətirmək üçün “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluya müraciət etdik. M. Nərimanoğlu “futbolxeber.az”a açıqlamasında təklifin “Kəpəz”dən deyil, “Qəbələ”dən gəldiyini bildirib: “Kəpəz” və “Qəbələ”nin səfərə eyni təyyarədə yollanmasında qeyri-adi heç nə yoxdur. Əksinə, bu, sevindirici haldır. 2 şəhər arasındakı məsafə yaxındır. “Qəbələ” bizə eyni təyyarədə uçmağı təklif etdi ki, məmuniyyətlə razılaşdıq. Hər klub öz xərcini çəkəcək. “Qəbələ” bizə belə bir təklif göndərməsəydi, adi reyslə, eyni xərci çəkməklə səfərə çıxmalı olacağdıq. Fürsətdən istifadə edib, təklifə görə “Qəbələ” klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onlara da səfər matçında uğurlar arzulayıram. AFFA-nın bu məsələ nə rolu ola bilər ki? Assosiasiyanın adını hallandırmaq belə gülüncdür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30