19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Admira” - “Kəpəz”: monteneqrolu hakimin idarəçiliyində III qələbəni qazanmaq mümkün olacaq?

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Admira” - “Kəpəz” görüşünü monteneqrolu Pavle Radovanoviç idarə edəcək. Futbolxeber.az saytının məlumatına görə, 41 yaşlı hakim 2008-ci ildən FİFA referisi adını daşıyır. Radovanoviç buna qədər 4 dəfə müxtəlif milli komandalarımızın görüşündə baş hakim olub.

2008-ci ildə onun idarə etdiyi yoxlama görüşündə əsas millimiz Bosniya və Hersoqovinaya 0:1 hesabı ilə uduzub. DÇ-2010-un seçmə mərhələsi çərçivəsində baş tutan Lixtenşteyn - Azərbaycan qarşılaşmasında fit çalan Radovanoviç yığmamızın 2:0 hesablı qələbəsinə şahidlik edib.

2011-ci ildə 19 yaşadək futbolçulardan ibarət yığmamızın İsveçi 1:0 hesabı ilə üstələdəyi görüşdə baş hakim olan Radovanoviçin idarə etdiyi digər qarşılaşmada, 2008-ci ildə U-21 yığmamız İtaliyaya 0:2 hesabı ilə uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30