20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” MTK ilə oyunun hazırlığına start verib

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, I təsnifat mərhələsinin “Samtredia” ilə Gürcüstanda keçirilən cavab oyununun (1:2) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 9-da bərpa edib. Macarıstanın MTK klubu ilə görüşün hazırlığının ilk günündə komanda bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi Bakıda baş tutub. Paytaxtdakı məşq zamanı futbolçular fərqli qruplara bölünüblər. “Samtredia” ilə görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Macarıstan klubu ilə qarşılaşmanın hazırlığını davam etdirən “Qəbələ” dünən iki məşq keçirib. Əvvəl fiziki hazırlığa üstünlük verən komanda ikinci məşqində topla çalışıb.

Xatırladaq ki, ilk oyunlar çərçivəsində baş tutacaq MTK - “Qəbələ” qarşılaşması iyulun 14-də Dyer şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30