29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Patrisiya Qonzales: “Azərbaycana mütləq qayıdacağam”

Qızlardan ibarət U-21 və U-19 millimizin baş məşqçisi postundan ayrılan Patrisiya Qonzales affa.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Azərbaycan yığmasında fəaliyyətiniz başa çatdı. Komandadan ayrılmağınızın səbəbini açıqlaya bilərsinizmi?

- Son vaxtlar hiss edirəm ki, böyük nailiyyətlər qazanmağa qadirəm. Elit-raunddan sonra bunu bir daha anladım. Artıq yeni yola çıxmağın və getməyin vaxtıdır.

- Üç ildən çoxdur ki ölkəmizdə çalışırsınız. Bu müddətdə gördüyünüz işləri necə xarakterizə edirsiniz?

- İspan metodunu buraya gətirməyə və tətbiq etməyə çalışdım. Futbolçular dediklərimi daha yaxşı anlamağa başladılar. Yeni gələndə komandanın üzvlərinin texniki planda yaxşı olduqlarını, amma taktiki baxımdan “axsadıqlarını” gördüm. Bu sahəni inkişaf etdirməyə başladıq. İkinci ən böyük dəyişiklik uduzmaq sindromunu dəyişməklə bağlı oldu. Qələbələrimizin sayı artdı. Meydana çıxarkən, komandanın kimliyindən asılı olmayaraq, psixoloji baxımdan özümüzü daha güclü hiss edirdik. Bu da bizə əlavə üstünlük qazandırırdı.

- Ölkəmizdə qadin futboluna yaradılan şəraitlə, bu sahədə görülən işlərlə, eləcə də perspektivlərlə bağlı nə deyə bilərsiniz?

- AFFA-nın futbola dəstəyi digər federasiyalar üçün nümunə ola bilər. Bunu başqa ölkələrdə olan zaman daha çox hiss edirəm.

- Azərbaycan yaddaşınızda nə ilə qalacaq?

- Karyeramın Azərbaycanla bağlı hissəsi mənə böyük təcrübə qazandırdı. Şəxsiyyət kimi formalaşmağımda, mütəxəssis kimi təcrübə qazanmağımda Azərbaycanda gördüklərimin rolu danılmazdır. Texniki cəhətdən də özümü inkişaf etdirə bildim. Nə vaxtsa böyük məşqçi olsam, burada qazandıqlarımı heç vaxt unutmayacağam. Bakını artıq böyük Patrisiya kimi tərk edəcəyəm. Azərbaycana, federasiya rəhbərliyinə minnətdaram. AFFA mənə çox böyük dəstək oldu. Bu yaxşılıqları heç vaxt unutmayacağam.

- Komandanın üzvləri ilə görüşdünüz. Ayrıldığınızı hansı sözlərlə onlara çatdırdınız?

- Əlbəttə, çox kövrəldim, ağladım. Çünki özümü burada evimdəki kimi hiss edirəm. Heç vaxt İspaniyadan kənarda olduğumu hiss etdirməyiblər. Çalışdım ki, futbolçular buradan ayrılmağımın səbəbini  düzgün anlasınlar, fikirləşməsinlər ki, onları yarıyolda qoyub gedirəm. Yenə deyirəm, getməyin zamanıdı, bunu hiss etdiyimə görə ayrılmaq qərarını verdim. Burada olduğum müddətdə dəstəyini heç vaxt əsirgəmədiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Buradan birdəfəlik ayrılmıram, Azərbaycana mütləq qayıdacağam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31