23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vəli Qasımov: “Avroliqada nə qədər bacarsaq, irəli gedəcəyik”

"Komandamız Maltadan qayıtdıqdan sonra istirahətsiz məşq edir. İnanıram ki, səfərdə olduğu kimi evdə də yaxşı nəticə qazanacağıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımov deyib.

Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında Maltanın “Balzan” klubunu qəbul edəcək “ağ-qaralar”ın çalışdırıcısı ilk oyundakı 2:0 hesablı qələbəyə baxmayaraq, ikinci görüşə ciddi yanaşdıqlarını vuğulayıb: “Hələ ki Malta klubunu keçməmişik. Amma növbəti mərhələdəki rəqiblərə gəlincə, hər ikisi normal komandalardır. Makedoniya komandası güclüdür. Avroliqada nə qədər bacarsaq, irəli gedəcəyik”.

Vəli Qasımov “Neftçi” ilə müqaviləsi bitən braziliyalı müdafiəçi Aylton Silvayla danışıqları davam etdirdiklərini vurğulayıb: “Bu məsələ açıq qalır. Onun komandaya qayıdıb-qayıtmayacağı barədə dəqiq nəsə deyə bilmərəm. Bir hücumçumuz var. O da Ruslan Qurbanovdur. Axtarışlarımız davam edir. Daha bir forvard transfer etmək istəyirik. Lakin hələ istədiyimiz hücumçunu tapa bilməmişik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30