20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Bu gün hakimlərdən heç biri rüşvət haqda danışa bilməz”

“8 ildir ki, Peşəkar Futbol Liqasına rəhbərlik edirəm. Gördüyümüz işlərdən hər kəs məlumatlıdır. Sevindirici haldır ki, çempionatımız UEFA reytinqində 24-cü yerdədir. Amma yaranana qədər 44-cü pillədəydik. Son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri üçüncü dəfə PFL prezidenti seçilən Ramin Musayev deyib.  

O, geridə qalan 8 ildə görülən işləri belə dəyərləndirib: “İşimizi görmüşük deyə bilmərik. PFL yaranana qədərə əvəzedici heyət yox idi. Klubdan gəldiyim üçün bu işi görmək çətin olmadı. Klubda çalışarkən məşqçilərdən eşitdiyim, bildirim çətinliklərin qarşısını almaq üçün klublarda əvəzedici heyət yaratdıq. Bu balaca iş görülə bilər. Ancaq bu addım çoxsaylı gənc oyunların Premyer Liqaya gəlməsinə, inkişafına səbəb oldu. "Neftçi"də işləyəndə Bakıda başqa, Sumqayıtda, Gəncədə başqa topla oynayırdıq. Qazaxda şarla oynayırdıq və futbolçular da etiraz edirdi. Ancaq biz bunları təşkil etdik. Deyirdilər PFL top satır, pul qazanır. Allaha and olsun ki, belə deyil. Topların qiymətini açıqlamayacam. Niyə? Çünki ucuz olması üçün onu başqa yolla gətirməliyəm. Amma deyim ki, oğurluq deyil. Mənə elə gəlir ki, PFL-dən əksər jurnalistlər razı qalar. Mən haqqın tərəfindəyəm".   R.Musayev seçkidəki səsvermədən söz açıb: "Əlehimə əl qaldıran olmadı. Səkkiz klubun hamısı lehinə səs verdi. Çempionat zamanı emosiyalar olur. Oyun vaxtı bütün klublar mənə zəng edir. Elə klub rəsmisi olmayıb ki, oyundan sonra mənə zəng vursun və mən cavab verməyim. Bu səkkiz ildə hər bir oyunun mübahisəli anlarını, epizodları çəkmişik. Çoxları Xaqani Məmmədovdan danışır. Bu gün hakimlərdən heç biri rüşvət haqda danışa bilməz. Onların qarşısını aldıq, qovulanlar oldu. Rövnəq müəllim də deyib ki, şübhələndiyimiz hakimləri belə qovmağa hazırıq. Amma mən şübhələndiyim yox, günahı sübuta yetirilən hakimi qovuram. Son mövsümdə elə klub vardı ki, hakimlikdən çox şikayət edirdi. Amma sübuta yetirildi ki, elə deyil. Mən klubda işləmişəm və bilirəm ki, futbolçular nə çəkir. Elə bilirsiniz, bizim işimiz asandır? Klublarla söhbətimiz olur, şikayət edirlər. Bizim operatorlar çox peşəkardır və hər bir mübahisəli epizodları çəkirlər. 90 faiz bütün görüntülərdə hakimin səhv olub-olmadığını görmək olur. Əliyarın 30 yaşı olmasa da, artıq 24-cü təyinatını aldı. Bu sevindirici haldır ki, azərbaycanlı hakim avrokuboklara təyinat alır. Üç hakimimiz avrokuboklara təyinat alır və bu sevindiricidir".  

PFL rəhbəri seçkidə rəqibinin olmamasına belə münasibət bildirib: "Güləşçi olmuşam və mübarizə aparmağı sevirəm. Bir dəfə yarışda rəqibim gəlmədi və üzüldüm. Rəqibimin olmaması ilə bağlı ancaq bunu deyərdim. Özümdən razı insan deyiləm. Həyatda qorxu nədir bilmirəm. Çalışdığım işdən zövq almıramsa, öhdəsindən gəlmirsə, orada işləmərəm. Tərifi sevmirəm, yerində olan tənqidi xoşlayıram. Əsasnamədə qeyd olunub ki, seçkidə Premyer Liqa klublarının rəhbərləri iştirak etməlidir. Seçkilər vaxtı I divizionda limit dəyişikliyə ilə bağlı AFFA rəhbərliyindən razılığı aldım. 24-25 yaş futbolçu üçün çox deyil".  

O, "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan kubokunun finalında baş verən hadisələrlə bağlı danışıb: "Oyundan əvvəl elə bir şou yaratmışdıq. Bəxtimiz gətirdi ki, tüstüdən Azərbaycan bayrağı yaratdıq. Amma qiymət verilmədi. Hər kəs davadan danışdı. Bir təpik, bir şillə PFL-in aylarla əziyyətini hədər apardı. Azarkeş sevinirsə, çərçivə var, orada sevinsin. Göz gördüyündən qorxur. Həmin oyunda nə qədər əzab çəkdim. İki aylıq hazırlığımız, əziyyətimiz heç oldu. Keçmişə qayıtmayaq. Polis işçisi olmuşam deyə, onların tərəfini saxlamıram. Polislərdən haqsızlıq da görmüşəm, amma hamısı elə deyil. Azərbaycanda hüquq-mühafizə orqanları olmasa, bir-birimizi yeyərik. Niyə qadınlar, qızlar oyuna gəlmir? Çünki yersiz hərəkətlər, söyüşlər olur. Polisi qınamayın. Biz deyirik ki, vuraq öldürək, sonra polis gəlsin araşdırsın. Polis də öz millətimizdir, işini görür. Məsələn, "Qarabağ" və "Neftçi" komandalarının kubok oyununda polislərdən xahiş etdim ki, kimsə fişəng yandırsa, mane olmayın. Buna görə kimsə tutuldu? Yox! Fransada camaatı necə döyürdülər? Heç heyvanı elə döymürlər".   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30