17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rövnəq Abdullayev: “Növbəti mövsüm Premyer Liqada ən azı 10 komanda yarışacaq”

"Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçildi. PFL geridə qalan müddətdə öz işinin öhdəsindən gəlir. Qurum hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görür və ən yüksək səviyyədə hazırlıq keçirilir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Peşəkar Futbol Liqasının (PFL) prezident postuna keçirilən seçkilərdən sonra mətbuat önünə çıxan Abdullayev Ramin Musayevin yeganə namizəd olmasına belə münasibət bildirib: “Söyülən yerdə heç kim namizəd olmaq istəmir. Bu posta namizədlik vermək böyük cəsarət tələb etmir. İstərdim kimsə alternativ olsun, namizədliyini versin. Heç kim namizədliyini vermirsə, mən nə edə bilərəm?”

Rövnəq Abdullayev növbəti mövsüm üçün Premyer Liqada klubların sayının artacağını vurğulayıb: “Qərara gəldik ki, mayda Qəbələdə komandaların iştirakı ilə böyük turnir keçirilsin. Gözəl turnir edib böyük mükafat verəcəyik ki, hər kəs həvəslə iştirak etsin. IV İslam Həmrəyliyi Oyunları müddətində çempionat dayanmasın deyə bu turniri keçirəcəyik. Gələn ilə ən azı I Diviziondan 4 komandanı hazır edəcəyik ki, Premyer Liqada komandaların sayı artsın. Növbəti mövsüm Premyer Liqada ən azı 10 komanda yarışacaq”.

AFFA prezidenti hakimlik məsələsinə də toxunub: “Hakimlərin səhvində Xaqani Məmmədov günahkardırsa, gəlin, onun başını kəsək. Onun işi hakimlərin hazırlığı və onların təyinatını düzgün bölüşdürməsidir. Bizim futbolda qərəzli qərarlar yoxdur. Hüquq mühafizə orqanlarından da bununla bağlı xahiş etmişik. Hökumətə də müraciət etmişik ki, mərc oyunlarında oyun alqı-satqısı olur. Bizdə belə bir maddə yoxdur. Müraciətimizdə bildirmişik ki, bununla bağlı cinayət məcəlləsində maddə olsun".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30