24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Samtredia” ilə cavab oyununun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, Gürcüstanın “Samtredia” klubu ilə iyunun 30-da Bakıda keçirilən ilk oyundan (5:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” iyulun 3-də məşqlərini bərpa edib. Bakıda bir araya gələn komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fiziki hazırlıq keçən futbolçular axşam saatlarında toplu çalışmalara üstünlük verib. Hər iki məşq paytaxtda baş tutub. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Günün ikinci yarısına təsadüf edəcək məşq prosesi Bakıda baş tutacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Samtredia” - “Qəbələ” matçı iyulun 7-də keçiriləcək. Zestafonidəki David Abaşidze adına stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30