29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" Avstriyadan qayıtdı

"Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb. Futbolxeber.az saytının məlumatına görə, səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb. Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən "Qarabağ" axşam saatlarında vətənə çatıb. Komanda sabahdan etibarən Çempionlar Liqasının II mərhələsində qarşılaşacağı Lüksemburqun "F91 Düdelanj"la oyunun hazırlıqlarına start verəcək.

Xatırladaq ki, "Qarabağ" 17 günlük toplanışda 3 yoxlama keçirib. İlk oyunda yerli "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlib. Baş tutan son matçda isə komandamız son Albaniya çempionu "Şkenderbeu"ya minimal fərqlə məğlub olub 0:1.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "F91 Düdelanj" matçı iyulun 12-si saat 21:00-da Respublika stadionunda baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31