19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qarabağ” bu gün Albaniya çempionu ilə qarşılaşacaq

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, komanda hazırlığın on dördüncü günündə iki məşqlə kifayətlənib. Günün ilk məşqi fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) meydançada keçib. Çalışmalar bir saat yarım davam edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında hazırlığını davam etdirib. Bu, komandanın bu gün baş tutacaq "Şkenderbeu" ilə yoxlama oyunundan öncə son məşqi idi. 

Qeyd edək ki, Ağdam klubu Bakı vaxtı ilə saat 20:00-da son Albaniya çempionu "Şkenderbeu" ilə qarşılaşacaq.

Qurban Qurbanovun komandası ilk yoxlama görüşündə Avstriyanın "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olub, ikinci hazırlıq matçında isə Rusiyanın "Zenit" klubuna eyni hesabla qalib gəlib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30