25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Filip Ozobiç: “Səfərdə də qələbəyə oynayacağıq”

“Qəbələ”nin yeni transferlərindən olan Filip Ozobiç Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” Avroliya “Samtredia” üzərində 5:1 hesablı qələbə ilə start verdi. Görüş haqda nə deyə bilərsən?

- Oyun çox yaxşı alındı. Matçın əvvəlində ardıcıl 2 qol vurmağa müvəffəq olduq. Komandamız əla təsir bağışladı. Qarşıda səfər oyunu gəlir. Həmin görüşdə də qələbəyə oynayacağıq.

- Demək olar ki, “Qəbələ” artıq cütün taleyini həll edib?

- Böyük ölçüdə həll olunub. Amma qarşıda daha bir oyun var. Həmin görüşə də ciddi yanaşmalıyıq. Çünki yalnız həmin matçdan sonra növbəti tura vəsiqə qazanan komanadanın adı rəsmiləşəcək. Əlimizdən gələni edəcəyik ki, səfərdə də qələbə qazanaq

- 5:1 hesablı qələbəni gözlənilməz saymaq mümkündür?

- Oyundan əvvəl də istəyirdik ki, daha çox qol vuraq. Bunun üçün dayanmadan rəqib qapısına doğru hücum edirdik. Yalnız ona təəssüflənirəm ki, qapımızı toxunulmaz saxlaya bilmədik. Qol buraxdığımız üçün təəsssüflənirəm.

- Bu, həm də sənin “Qəbələ”nin heyətindəki ilk rəsmi oyunun idi. Çıxışından razı qaldın?

- Yaxşı oynadığımı düşünürəm. Lakin hələ də 100 faiz hazır deyiləm. Hər oyundan sonra daha yaxşı çıxış edəcəyəm. Bir qədər zamana ehtiyac var.

- “Qəbələ”nin cari mövsüm Avroliqadakı həfədi nədir?

- Çox yaxşı komandanız var. Elə ilk rəsmi oyunda da bunu sübuta yetirdik. Avroliqanın qrup mərhələsində oynaya bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30