23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Kvekveskiri: “Baş məşqçimiz “Samtredia”nın bütün zəif cəhətlərini öyrənmişdi”

 “Gözləməzdik ki, oyun bu hesabla nəticələnəcək. 5 qol vursaq da, qələbə bizə asan başa gəlmədi”.  Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri deyib.

O, Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabı ilə üstələmələrini belə şərh edib: “Bu görüşə yaxşı hazırlaşmışdıq. Baş məşqçi rəqibin bütün zəif cəhətlərini öyrənmişdi. Verilən tapşırıqları 100 faiz yerinə yetirdik. Amma cütün taleyi hələ həll olunmayıb. Təəssüf ki, qapımızda qol gördük. Növbəti görüşə də ciddi yanaşmalıyıq”.

Gürcü yarımmüdafiəçi cütün taleyini hələ həll olunmadığı fikrindədir: “Qəbələ” özünün ən yaxşı, “Samtredia” isə ən əzif oyunlarından birini göstərdi. Cütün taleyi həll olunmayıb. Səfərdəki görüşə 100 faiz hazırlaşmalıyıq. Rəqib futbolçular da istəkli idilər. “Samtredia”nın əsasını gənclər təşkil edir. Onlar futbol oynadılqarını sübut etmək üçün çalışırdılar. Lakin “Qəbələ” daha təcrübəlidir. Hazırlıqda onları üstələdik”.

Kvekveskiri qeyd edib ki, həmyerliləri ilə I təsnifat mərhələsində deyil qrup mərhələsində qarşılaşmaq istərdi: “Samtredia” ilə qrup mərhələsində oynasaydıq, daha yaxşı olardı. Mən hazırda “Qəbələ”də oynasam da, gürcü klublarının azarkeşiyəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30