17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Fariz Nəcəfov: “Mendini tapmışıq”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Samtredia” ilə oyundan (5:1) sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Komandanız Avroliqanın yeni mövsümünə möhtəşəm qələbə ilə start verdi. Bu gün rəqib zəif idi, yoxsa “Qəbələ” güclənib?

- “Samtredia” “Qəbələ” üçün rahat rəqibdir. Cavab görüşünün necə alınacağını deyə bilmərəm, amma bu gün “Qəbələ” meydanda üstün tərəf idi.Yeni transferlər az müddətdir ki, komandaya qoşulublar. Amma hiss olunur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilirlər. Bu da çox müsbət haldır.

- Söyləmək olar ki, “Qəbələ” 2 ildən sonra Viktor Mendinin layiqli əvəzləyicisini tapıb? Baqali Dabo təkcə xarici görünüşü deyil, həm də oyunu ilə Mendiyə bənzəyir...

- Hə, Mendini tapmışıq (gülür).

- Cavab oyunu zamanı Zestafonidə hər hansı bir xoşagəlməz halın yaşamaması üçün hansı addımları atmısınız?

- “Samtredia” rəhbərliyi ilə danışığımız olub. Gördüyünüz kimi, “Bakcell Arena”da hər şey qaydasında keçdi, stadionda gözəl atmosfer var idi. Eyni halın Gürcüstanda da təkrarlanmasını gözləyirik.

- Artıq ikinci mərhələ barədə düşünmək olar. Növbəti rəqib qismində “Aktobe”ni görmək istərdiniz, yoxsa MTK-nı?

- Növbəti mərhələyə yüksəlməyimiz Gürcüstanda təsmiləşəcək. Gəlin, tələsməyək. Rəqibimizin adı da o zaman dəqiq bilinəcək. İkinci rəqib hansı komanda olsa, hazırlaşıb meydana çıxacağıq.

- Klub prezidenti Tale Heydərov müsahibəsində yeni hücumçu transfer olunacağını bildirdi. Konkret danışıq apardığınız futbolçular var?

- Danışıq apardığımız hücumçular var. Müəyyən məsələlər həll olunmalıdır. Həm afrikalı, həm də avropalı hücumçularla danışıqlar aparırıq.

- İkinci mərhələnin ilk oyununa qədər transferin reallaşması mümkündür?

- Ola bilər.

- Büdcənin azaldılmasından sonra demək olar ki, “Qəbələ” daha yaxşı legionerlər transfer edir?

- Bu, yeni legionerlərin komandamızda ilk oyunu idi. Təbii ki, “Samtredia” ilə görüş barədə müsbət fikir bildirmək olar. Lakin hər şeyi zamana buraxmaq lazımdır. Onlar komandaya tam uyğunlaşmalıdırlar. “Qəbələ” əyalət komandasıdır. Bəzi futbolçuların yerli mühitə adamtasiyası çətin alınır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30