20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Samtredia” ilə oyunun qəhrəmanı: “Karyeramda heç vaxt het-trik etməmişdim”

“Qəbələ”nin yeni transferi, “Samtredia” ilə oyunda vurduğu 3 qolla komandasının qələbəsində böyük pay sahibi olan Teo Uiksin Futbolxeber.az saytına müsahibəsi

- 5:1 hesablı qələbəni necə şərh edərdin?

- Avroliqadakı ilk oyunumuz idi. Matçın çətin keçəcəyini düşünürdük. 90 dəqiqə ərzində yaxşı oynadıq. Böyükhesbalı qələbə cavab görüşü öncəsi işimizi bir qədər asanlaşdırdı. Ümimi götürdükdə, yaxşı oynadığımızı söyləyə bilərəm.

- 3 qol vurmaqla “Qəbələ”nin qələbəsində böyük pay sahibi oldun. Matçdan öncə het-trik edəcəyin heç ağlına gələrdi?

- Oyundan əvvəl 3 qol vuracağımızı gözləmirdim. Çünki karyeramda heç vaxt het-trik etməmişdim. Bu, ilkdir. Özümü göstərmək üçün şans yaranmışdı. Bacardığım qədər fürsətdən yararlanmağa çalışdım.

- Rəqibin çıxışını necə dəyərləndirərdin?

- “Samtredia” zəif deyil. Sadəcə, bu gün meydanda diqtə edən tərəf biz idik. Həm müdafiədə, həm də hücumda daha fəal, daha üstün idik. Bunun da sayəsində qələbə qazandıq.

- Amma “Qəbələ” oyundan əvvəl də favort hesab olunurdu...

- Heç vaxt hansı rəqibi zəif adlandırmaq olmaz. Hər komandanın potensialı var. Bizim güclü futbolçularımız var və bu gün rəqibdən daha yaxşı oynadıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30