26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tale Heydərov: “Ötən mövsümlə müqayisədə daha yaxşı nəticə qazanmağa çalışmalıyıq”

“Qəbələ”nin prezidenti Tale Heydərov Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı 5:1 hesabı ilə darmadağın etdi. Qarşılaşma haqda nə söyləyə bilərsiz?

- Belə hesab gözləmirdik. Çox sevindirici haldır ki, komandamız bu gün gözəl qələbə qazandı. Lakn hesab hər şey demək deyil. Ümid edirik ki, növbəti oyunlarda da belə oyun göstərəcəyik.

- Hesab ortadadır. Bəs, “Qəbələ”nin göstərdiyi oyun sizi qane etdi?

- Hesaba görə danışmaq asandır. Çox gözəl qələbə oldu. Növbəti oyunlarda komandanın çıxışı barədə daha dəqiq söz demək olar.

- Yeni transferlərin çıxışını bəyəndiniz?

- Bəyəndim. Amma daha çətin oyunlarda da onların güclərini yoxlamaq lazımdır. Yaxşı transferlərdir.

- Demək olar ki, bu gün oyunu rahat şəkildə izlədiniz?

- Bəli, bugünkü qarşılaşmanı rahat izlədim. İlk dəfə idi ki, belə hal yaşanırdı.

- Yeni transferlərin reallaşması mümkündür?

-  Hazırda bir hücumçu axtarırıq. Bu yaxınlarda keçid rəsmiləşməlidir.

- İlkin təsürat necədir, bu “Qəbələ” daha güclüdür, yoxsa ötənilki?

- Demək çətindir. Bu komanda ən azından ötənilkindən pis deyil. Ola bilsin daha yaxşıdır. Gələn oyunlarda bu suala daha dəqiq cavab vermək mümkündür.

- Komandanızın bu mövsümkü hədəfi nədir?

- Hədəf həmişə daha irəli getməkdir. Ötən mövsümlə müqayisədə daha yaxşı nəticə qazanmağa çalışmalıyıq.

- “Qəbələ”nin yenə Avroliqanın qrup mərhələsində oynayacağını gözləmək olar?

- Bəli, olar.

- Ötən mövsüm “Qəbələ” çempionatda istəyinə nail olmadı. Belə təəssürat yarandı ki, komandadan incimisiz. Komandanız Avroliqada bu mövsüm də uğur qazanmaqla həmin inamı qaytara bilər?

- Mənim komanda ilə bağlı hədəflərim hər zaman böyükdür. “Qəbələ” ötən mövsüm Azərbaycan çempionatında ümidləri doğrultmadı. İnanırıq ki, bu mövsüm vəziyyət fərqli olacaq.

- Büdcənin yenidən artırılması mümkündür?

- Büdcə bu mövsüm üçün azaldılıb.

- Bu, maliyyə problemindən irəli gəlir?

- Maliyyə probleminin də rol oynadığını söyləyə bilərik. Həm də hesab edirəm ki, qənaətlə də uğur qazanmaq olar.

- Maliyyənin azaldıması komandanın nəticəsinə təsir edə bilər?

- Rol oynaya bilər. Hazırda düzgün transferlər reallaşdırmağa çalışırıq. Keçən il bəzi transferlərimiz uğursuz oldu. Legioner seçimində daha effektiv olmağa çalışırıq.

- Bu gün ikinci hissədə “Qəbələ”nin öz yetirməsi olan gənclər də meydana çıxdılar. Düşünmək olar ki, zamanla komanda daha çox öz yetirmələrinə güvənəcək?

- Məşqçinin qarşısına hədəf qoyulub ki, zamanla heyətdə yerli və akademiyanın yetirmələrinin sayı artsın. Bu gün onlardan bəziləri meydançaya çıxdı. Zamanla onların sayı artacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30