25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Vəli Qasımov: “Bizi çətin oyun gözləyir”

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Balzan” - "Neftçi” oyunundan əvvəl mətbuat konfransı baş tutub. Futbolxeber.az saytının məlumatına görə, konfransda "Neftçi”nin baş məşqçisi Vəli Qasımov və futbolçu Elşən Abdullayev jurnalistlərin suallarını cavablandırıblar.

Vəli Qasımov: "Bizi çətin oyun gözləyir. Rəqib haqda məlumat toplamışıq, zəif komanda deyil. Hücumçuları xoşumuza gəldi, Malta milli komandasının üzvüdür. Orta xəttdə də yaxşı futbolçuları var. Sadə futbol oynayırlar və nəticə qazanırlar. Bununla belə, istəyirik burada yaxşı oyun göstərib ilk mərhələni biz keçək. Yeni transferlərimiz var, onların oyununu bəyənib komandaya cəlb etmişik. Düzdür, düşərgəyə yeni qoşulublar, amma hesab edirəm ki, bu qısa müddət ərzində komandaya uyğunlaşa biliblər”.

Elşən Abdullayev: "Bakıda da, demək olar, havanın temteraturu bura ilə eynidir, havaya görə çətinlik yaşayacağımıza inanmıram. İnanıram ki, komanda şəklində yaxşı oynayıb sərfəli nəticə qazanacağıq” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30