26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ramil Şeydayev: "Qarabağ" çox xoşuma gəldi"

"Məğlub olduq, təssüratlarım çox deyil. Oyunda hərəkətlilik pis deyil. İkinci hissədə topa yaxşı nəzarət etdik. Ancaq qol vurmaq alınmadı. Növbəti oyunda qol vuraram". Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Zenit"in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev "Qarabağ"a uduzduqları yoxlama oyunundan (0:1) sonra klubun televiziyasına açıqlamasında deyib. 

- Azərbaycan klubu ilə oyun sənin üçün nə əhəmiyyət kəsb edirdi?

- Əlbəttə, maraq kəsb edirdi. Bu komandanın necə oynadığını görmək istəyirdim. "Qarabağ" çox xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər və onların heyətində fərdi olaraq güclü futbolçular var.

- Azərbaycan çempionu bu il də Çempionlar Liqasında oynayacaq...

- Bəli, onlar hər zaman avrokuboklarda oynayırlar. Ötən mövsüm də onların Avropa Liqasındakı bəzi oyunlarını izlədim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30