24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Şahin Diniyev: “Bu gün oyunumuzla heç kimi utandırmadıq”

“Keyfiyyətli oyun oldu. Avroliqaya uyğun matç idi. Komandamızın qarşısında 2 məqsəd var idi: qol buraxmamaq və fərqlənmək. Birinci tapşırığın öhdəsindən gəlsək də, qol vurmağı bacarmadıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Kəpəz” “Daçiya” ilə Bakıda qolsuz bərabərliyə nail olub.

Diniyev komandasının çıxışından razılığını ifadə edib: “Komandamla fəxr edirəm. Göstərilən oyuna görə özümü xoşbəxt saya bilərəm. Hazırkı “Kəpəz” 10-15 günə yığılmış komandadır. Heyətdə 5 yeni oyunçu var idi. Əvəzetmələrlə oyunun ritmini tutmağa çalışdıq. Bu gün oyunumuzla heç kimi utandırmadıq”.

Təcrübəli mütəxəssis cavab oyunu öncəsi şansları belə dəyərləndirib: “Hər gün inkişafdayıq. Cavab matçına 9 gün vaxtımız var. Moldovada daha yaxşı çıxış etmək şansımız var. “Daçiya” bu gün öz səviyyəsini göstərdi. Rəqibimiz heç də zəif deyil. Əvvəldən də demişdim ki, cütün taleyi Moldovada həll olunacaq. Səfərdə şanslarımız burdakından daha çox olacaq”.

Diniyev qeyd edib ki, onun üçün komandada bütün futbolçular eynidir: “Kərimlə rəqib klubun prezidenti arasında kiçik insident oldu. Dərhal hadisəyə müdaxilə etdim. Bəlkə də mübahisə edən oğlum yox, başqa futbolçu olsaydı, dava da salardım. Komandadakı hər bir futbolçu mənim övladımdır. Bayaq da dedim, fubolçularımla fəxr edirəm. Onları təkcə oyunları ilə deyil, tərbiyələri, mədəniyyətləri ilə də seçilirlər”.

“Kəpəz”in çalışdırıcısı azarkeşlərə minnətdarlıq etməyi unutmayıb: “Bu gün stadion dolmasa da, azarkeşsiz qalmamışdıq. Bizi dəstəkləmək üçün Gəncədə Bakıya qədər 400 km məsafə yol qət edən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Fanatlar daim yanımızdadırlar və bizə dəstək olurlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30