26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Daçiya” “Kəpəz”dən və Azərbaycan xalqından üzr istədi

Dünən “Daçiya”nın “Dalğa Arena”da baş tutan məşqindən material hazırlayan Moldova klubunun rəsmi saytı kobud səhvə yol verib. Futbolxeber.az saytının məlumatına görə, moldovanlar matçın oynanılacağı “Dalğa Arena"nın yerləşdiyi Mərdəkanı qəsəbəsini erməniəsilli məkan kimi təqdim ediblər: “Dalğa Arena” Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsində yerləşir. Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir".

Materialın dərc olunmasından az sonra “Kəpəz” məsələ ilə bağlı rəsmi şəkildə qarşı tərəfə etiraz məktubu göndərib.

Artıq problem yoluna qoyulub. Belə ki, “Daçiya” rəsmi saytı vasitəsi ilə “Kəpəz”dən və Azərbaycan xalqından üzr istəyib. Klubun rəsmi saytında bununla bağlı yer alan xəbərdə deyilir:

“Daçiya” baş verənlərə görə “Kəpəz”dən və bütün Azərbaycan xalqından üzr istəyir. Biz heç vaxt hər an bir təxribat barədə düşnməmişik. Bakıya onun üçün gəlməmişik. İstisna etmirik ki, bizə düzgün olmayan məlumat ötürülüb. Şübhəsiz, biz rəqibimizə və Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ümid edirik ki, bu insident 2 ölkə arasındakı ənənəvi dostluğa təsir göstərməyəcək.

“Daçiya”nın prezidenti Adlan Şişxanov: “Mətbuat katibimizin səhvinə görə səmimi şəkildə üzrxahlığımı bildirirəm. Azərbaycan xalqından, “Kəpəz” azarkeşlərindən üzr istəyirəm. “Daçiya” heç vaxt siyasətlə məşğul olmayıb. Kobud səhvə görə bizi bağışlamanızı rica edirik. Biz heç bir halda kiminsə hissləri ilə oynamaq fikrində olmamışıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30