25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Daçiya”nın hücumçusu: “Əsas məqsədimiz Bakıda qol buraxmamaqdır”

“Döyüşkən əhval-ruhiyyədəyik. Bütün komanda başa düşür ki, bizi vacib oyun gözləyir. Biz bu görüşə uzun müddətdir ki hazırlaşırıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Daçiya”nın hücumçusu İqor Buqayev deyib.

Bakıya gəlməmişdən öncə “Daçiya”nın debütantı jurnalistlərin suallarını cavablandırıb. Sabah Bakıda “Kəpəz”lə qarşılaşacaq “Daçiya”nın forvardı səfər matçında qol buraxmaq istəmədiklərini vurğulayıb: “Sabah istənilən sərfəli hesab məni qane edir. “Kəpəz” haqda geniş məlumata malik deyilik. Düzdür, rəqibin oyununa baxmışıq, müzakirələr aparmışıq. Amma hər şeyə meydanda aydınlıq gələcək. Əsas məqsədimiz qol buraxmamaq, eləcə də qol vurmağa çalışmaqdır”.  

Buqayev qarşıdakı görüşlə bağlı proqnoz verməyib: “Proqnoz verməyi xoşlamıram. Onu deyə bilərəm ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik, bütün gücümüzü meydanda qoyacağıq. İyulun 7-də cavab oyunu olacaq. Qələbə qazanmağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30