20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Serjinyo: “Daçiya”nı məğlub etmək üçün əlimizdən gələni edəcəyik”

“Kəpəz”in yeni transferi Serjio Manuel Kosta Karneyro “Bakı” ilə yoxlama oyunundan sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran braziliyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:

- “Kəpəz” haqda ilkin təəssüratların necədir?

- Çox yaxşı komandaya gəlmişəm. “Kəpəz”in heyətində yaxşı oyunçular var. Məşqçimiz çox güclüdür. Ölkəni çox bəyəndim. İnsanlar çox mehribandırlar. Hər şey qaydasındadır.

- Komandada yenisən. Futbolçularla anlaşa bilirsən, yoxsa müəyyən qədər vaxta ehtiyac var?

- Futbol hər yanda eynidir. Düzdür, müəyyən qədər vaxta ehtiyacım var. 1-2 həftə ərzində uyğunlaşma prosesini başa vuracağam. Özümü rahat hiss etməyim üçün komanda yoldaşlarım da əllərindən gələni edirlər.

- Avroliqanın ilk təsnifat mərhələsində “Kəpəz” “Daçiya” ilə üz-üzə gələcək. İyunun 28-də qələbə qazanmaq mümkün olacaq?

- Çox çətin oyun olacaq. “Daçiya” yaxşı komandadır. Amma “Kəpəz” də zəif deyil. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Ümumiyyətlə, “Daçiya” haqda hansı məlumata sahibsən?

- Baş məşqçimiz bizə “Daçiya” haqda danışıb. Bilirik ki, Moldova təmsilçisi güclü rəqibdir. Heyətləri genişdir. Amma bütün bunlar bizim üçün problem deyil. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30