24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Daçiya”nın prezidenti: “Bizim üçün meydandakı rəqibin fərqi yoxdur”

“Daçiya” üçün meydandakı rəqibin fərqi yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Kimin güclü olduğu isə meydanda görünəcək. Deyə bilərəm ki, “Kəpəz”in rəqibi çempion olmasa da, biz Moldovanın ən döyüşkən komandasıyıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Daçiya”nın prezidenti Adlan Şişxanov deyib.

Avroliqanın I təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan “Daçiya”nın rəhbəri 2 ölkə çempionatlarını da müqayisə edib: “Məncə Moldova çempionatı Azərbaycan birinciliyindən zəif deyil. Buna hətta əminəm. Moldova çempiontında əla futbol sərgiləyən komandalar mübarizə aparır. Odur ki, Azərbaycan və Moldova çempionatlarının liderlərinin səviyyələri bərabərdir. Fərq ondadır ki, Azərbaycan klubları daha yaxşı maliyyə dayağına və infrastruktura malikdirlər”.

Şişxanov “Kəpəz” haqda məlumat topladıqlarını vurğulayıb: “Avroliqadakı rəqibimiz haqda məlumat toplamışıq. Ötən mövsüm Gəncəni təmsil edən komanda 15 qələbə qazanıb, 11 heç-heçə edib və 10 dəfə uduzub. Ümumi götürdükdə, “Kəpəz” inkişafda olan komandadır”,

“Daçiya”nın prezidenti məqsədlərindən də söz açıb: “Daçiya”nın qarşısında Avroliqanın qrup mərhələsinə düşmək tapşırığı qoyulub. Təbii ki, püşkdən çox şey asılı olacaq. İstənilən halda, əsas məqsədimiz “Kəpəz”i mübarizədən kənarlaşdırmaqdır”.

Mənbə: sportal.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30