19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, 4 gün öncə “Dila”nı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. Gürcüstan kubokunun finalçısı ilə qarşılaşmada Roman Qriqorçuk aşağıdakı heyətə şans verib: Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov, Vitali Vernidub (Sadiq Quliyev), Vojislav Stankoviç (Murad Musayev), Rəşad Sadiqov (Roman Hüseynov), Nika Kvekveskiri (Qismət Alıyev), Asif Məmmədov (Tellur Mütəllimov), Filip Ozobiç, Sergey Zenyov (Ehtiram Şahverdiyev), Teo Uiks.

“Qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi bu qarşılaşmada da qalib gəlib. Oyuna fəal başlayan “Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. Komandanın ilk yarıdakı hər iki qoluna yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib - 2:0. Fasilədən sonra “Qəbələ” daha 2 dəfə fərqlənə bilib. Əvvəl Rəşad Sadiqov penaltini dəqiq yerinə yetirib, ardınca Ehtiram Şahverdiyev matçda son nöqtəni qoyub - 4:0.

Xatırladaq ki, “Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də “Sioni” ilə görüşəcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30