23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Dila”nı məğlub etdi

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin “Dila” klubu olub.

“Qırmızı-qaralar” Gürcüstan çempionatının bürünc mükafatçısı ilə qarşılaşmanı aşağıdakı heyətlə keçirib: Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Hasanov), Rəşad Eyyubov (Yusif Dilanov), Roman Hüseynov.

Komandaların səylərinə baxmayaraq ilk yarıda hesab açılmayıb. Baş məşqçi Roman Qriqorçukun oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. “Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Eyyubov “qırmızı-qaralar”ı hesabda önə çıxarıb. Komandanın fərqi artırması üçün 3 dəqiqə lazım gəlib. Hasanov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb - 2:0. Bu, matçda son qol olub.

Beləliklə, Gürcüstan toplanışında ilk oyununda “Dila”nı sınağa çəkən “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komanda iyunun 22-də Gürcüstanın digər klubu “Sioni” ilə üz-üzə gələcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30