28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bonilla Portuqaliya klubunda

“Zirə” rəsmi saytı vasitəsi ilə ötən mövsüm klubun bombardiri olan Nelson Bonillanın gələcək karyerasına aydınlıq gətirib. Futbolxeber.az saytı “Zirə”nin yaydığı açıqlamanı olduğu kimi təqdim edir:

- Məlumat verdiyimiz kimi, Nelson Bonilla ilə ötən il imzaladığımız müqaviləyə əsasən “Zirə” PFK anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə etmişdi. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Bonilla bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir. Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdü, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə” PFK-nın, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. “Zirə” PFK olaraq, futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31