26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” Bakı toplanışına yekun vurdu

“Qəbələ” 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini başa vurub. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Bakıda keçirilən təlim-məşq toplanışını ikinci yoxlama matçı ilə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri 2 gün öncə olduğu kimi yenə “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsinə fərqli heyətlə çıxıb. Qarşılaşma “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Komandanın qollarına Filip Ozobiç, Vitali Vernidub və Ehtiram Şahverdiyev imza atıblar.

Paytaxtdakı toplanışı başa vuran “Qəbələ” yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Sabah Tbilisidəki toplanışa start verəcək “qırmızı-qaralar” iyunun 26-dək keçəcəyi hazırlıq prosesində 3 yoxlama matçında qüvvəsini sınayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30