24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “Modriç kimi böyük uğurlar qazanmaq istəyirəm”

“Qəbələ”nin yeni transferi Filip Ozobiç Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ”yə keçidiniz necə alındı?

- Klubun baş meneceri Zaur Əzizov mənimlə əlaqə saxladı. Bildirdi ki, baş məşqçi məni sərəncamında görmək istəyir. Təkliflə bağlı bir qədər düşündüm. Sonradan razılaşdıq və müqavilə imzalandı. Hər şey yaxşıdır.

- Yeni komandada ilk sınağınız Avroliqaya təsadüf edəcək. Çətin sınağa hazırsınız?

- Komanda hazırlıq mərhələsinin əvvəlindədir. İki yoxlama oyunu keçirdik. Zamanla daha yaxşı oynayacağıq. Avrokuboklarda komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm.

- Potensial rəqiblər məlumdur. Hansı ölkənin təmsilçisi ilə qarşılaşmaq istərdiniz?

- Rəqiblərin hamısının adını xatırlamıram. Ümumi götürdükdə, rəqibin kimliyinin fərqi yoxdur. Əsas uğur qazanmaqdır.

- “Qəbələ”dən təklif aldıqdan sonra klub barədə hansı məlumatları əldə etdiniz?

- “Qəbələ”dən Dodonu tanıyırdım. O, vaxtı ilə Xorvatiyada oynayıb. “Qəbələ”nin ötən mövsüm Avroliqanın qrup mərhələsində keçirdiyi matçlara baxdım. Komanda haqda kifayət qədər yüksək fikirdəyəm.

- Növbəti mövsüm Azərbaycan Premyer Liqasında 8 komanda oynayacaq. Bu məqam sizi narahat etmir?

- 8 komandanın hamısı güclü olsa, çempionat maraqlı alınar. Bilirdəm ki, “Qarabağ” son 3 ildə çempion olub. “Qəbələ” isə heç vaxt qızıl medallara sahib çıxmayıb. Komandamla birgə ilkə imza atmaq istəyirəm.

- Xarici görünüşcə həmyerliniz Luka Modriçə bənzəyirsiniz. Bəs, oyun baxımından necə?

- Modriç çox güclü futbolçudur. Deyərdim ki, o, öz mövqeyində dünyanın ən yaxşısıdır. Modriç kimi böyük uğurlar qazanmaq istəyirəm. Zamanla təkcə xarici görünüşüm deyil, oyunumla da Modriçə oxşamağı arzulayıram.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30