29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Liberiyalı futbolçu “Qəbələ”də

2016-2017-ci illər mövsümünün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” yarımmüdafiə xəttini Liberiya yığmasının futbolçusu Teo Luis Uiks ilə gücləndirib. Kiprin “Ermis” klubunun üzvü olan orta sahə oyunçusu icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.

26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə “Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı “Ankaraspor” (indiki “Osmanlıspor”, 2008-2010), “Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), “Çaykur Rizəspor” (2011 icarə əsasında) və “Göztəpə” (2012-2013) klublarının formasını geyinib. O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın “Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında “Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” Teoyadək xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilə imzalayıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31