23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sabah iki addım irəli atmaq üçün bu gün bir addım geri çəkilməyə dəyər”

AFFA Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun Futbolxeber.az saytına müsahibəsi

- İcraiyyə Komitəsi növbəti mövsümdə Premyer Liqada 8 klubun iştirakı ilə bağlı qərar qəbul etdi. Komitə üzvü kimi bu qərarı necə şərh edə bilərsiz?

- İcraiyyə Komitəsi qəbul etdiyi bu qərarı əsaslandırılıb. Bəli, yeni mövsüm 8 komandanın iştirakı ilə keçiriləcək. Lakin bu, müvəqqəti haldır. I divizion iştirakçıları arasında 4 komandanı bir il ərzində lisenziya şərtlərinə uyğun şəkildə hazırlamaq təklif olundu. “Xəzər Lənkəran”la “Rəvan”ı Premyer Liqada saxlamaq mümkün deyildi. Çünki borc məsələsinə görə FİFA tərəfindən sanksiya tətbiq ediləcək. Birinci divizion komandaları lisenziya şərtlərinə cavab vermir, onları Premyer Liqaya gətirmək isə qanunu pozmaq deməkdir. Biz bütün bunlara göz yuma bilməzdik.

- İldən-ilə klubların maliyyə vəziyyəti pisləşir. Bu halda gələn mövsüm üçün vəziyyətin yaxşı olacağına inanırsınız?

- Futbolun inkişafı ilə bağlı yeni proqram hazırlanacaq və dövlətə müraciət olunacaq. Klublar ictimai əsaslarla fəaliyyət göstərəcək. Sabah iki addım irəli atmaq üçün bu gün bir addım geri çəkilməyə dəyər. Bu, çox vacib idi. Hazırda vəziyyət belədir. Çempionatda çıxış edəcək 8 klubda da maliyyə problemləri var. Gələcəkdə bu cür hallarla rastlaşmamaq üçün bu addımı atmalıydıq.

- Premyer Liqa klublarının sayının azalması xüsusi ilə gənclər yığmalarına problemlər yaradacaq. Razısız bu fikirlə?

- Bəli, təsiri olacaq. Tezliklə birinci divizionda hansı klubların çıxış edəcəyini müəyyənləşdirəcəyik. Çalışacağıq ki, gənclərdən ibarət millinin üzvləri həmin klublarda çıxış etsinlər. Elə etməliyik ki, onlar böyük futboldan kənarda qalmasınlar.

- İcraiyyə Komitəsinin ötən iclasında Rafiq Mirzəyev U-17-nin baş məşqçisi postuna təsdiqləndi. Təbriz Həsənovun taleyi necə olacaq? Onun U-18 yığmasına təyinat alacağı nə dərəcədə düzdür?

- Bəli, Təbriz Həsənov U-18-in baş məşqçisi olacaq. Vacibi odur ki, U-15-dən U-21-ə qədər milli komandalarımız var. Onu da deyim ki, iyulda yeni yaranmış yığmalar arasında turnir keçirməyi planlaşdırırıq.

- Təbriz Həsənovun çalışdıracağı U-18 yığmasının növbəti mövsümdən I divizionda çıxış edəcəyi ilə bağlı deyilənlər də həqiqətdir?

- Bu qərar hələ rəsmiləşməyib. Amma belə bir fikir var. Onu həyata keçirməyə çalışırıq.

- Yeni mövsüm öncəsi klublarımız passiv görünürlər. Yeni mövsümün kifayət qədər zəif keçəcəyini düşünmək olar?

- Çempionatda bu gün üçün ən yaxşı 8 komandamız iştirak edəcək. Birincilikdə rəqabət olacaq Yalnız bu hal kütləviliyə mənfi təsir edəcək. Amma bu, müvəqqəti haldır, hazırki vəziyyətə dözməliyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30