28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev: “Şükür, millimizin indiki baş məşqçisi əvvəlkinə nisbətən insaflıdır”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbolxeber.az saytına müsahibəsi

- AFFA İcraiyyə Komitəsi növbəti mövgsümdə Premyer Liqada 8 komandanın iştirakına qərar verdi. Buna münasibətiniz necədir?

- 1 həftə əvvəlki iclasda klublara vaxt verildi. Amma heç bir klub lisenziya almaqla bağlı AFFA-ya müraciət etmədi. Yəqin düşünüblər ki, AFFA onlara güzəştə gedəcək. Qanun hami üçün eynidir. Bugünkü iclasda  “Xəzər Lənkəran” və “Rəvan”ın Premyer Liqada qalması müzakirə olundu. Ancaq onların borclarının çox olması Premyer Liqada qalmalarını imkan vermədi.

- Çempionatda turların sayı 36-dan 28-ə endi və nəticədə 8 tur itirildi. Çempionat yenə də həmin sistemlə keçiriləcək?

- Gələn ilin mayında İslam oyunları keçiriləcək. Vaxtla bağlı bu, PFL-in işinə yaradı. Çünki mayın 1-nə qədər çempionatı yekunlaşdırmalıyıq. Amma biz işdən qorxmuruq. İndiyə qədər necə işləmişik, elə də davam edəcəyik. Sözsüz ki, oyunların sayının azalması təsirini göstərəcək.

- Çempionat və ölkə kuboku ilə yanaşı Liqa kubokunun keçirilməsi də ara-sıra müzakirə olunur. Bu variant nə dərəcədə realdır?

- Biz çempionatın təqvimini hazırlayanda millinin baş məşqçisini dəvət edir, müzakirələr aparırdıq. Onun istəyindən çox şey asılı idi. Bir növ, həmin məşqçinin nazı ilə oynamağa məcbir idik. Bizi tənqid etsəniz də, belə idi. Şükür, indiki baş məşqçi əvvəlkinə nisbətən insaflıdır. Bir-birimizi başa düşürük. İmkan olsa, əlavə bir turnir keçirə bilərik.

- Legioner rüsumunun azaldılması sözsüz, PFL-in büdcəsinə təsir edəcək…

- PFL klubların səsverməsi ilə yaradılıb və rəhbəri səsvermə ilə seçilir. Bu gün klubların mənafeyini qorumağa çalışdım. Legioneerlər üçün rüsum 5 minə endirildi. Əgər futbolçü öz ölkəsinin millisində oynayırsa, ödənişsizdi. İndiki böhran dövründə klublar üçün bir jest oldu.

- Klublar Komitəsinin son iclasında siz də iştirak etmişdiz və həmin toplantıda azarkeş-polis münasibəti müzakirə olunmuşdu. Bununla bağlı nə gözləmək olar?

- Mən özüm əvvəl polis orqanlarında çalışmışam və bununla fəxr edirəm. Təhlükəsizliyimizin təmin olunmasında polislərin əməyi danılmazdı. Unutmayaq ki, “Neftçi” - “Xəzər Lənkəran” oyunu birtərəfli, qonaq azarkeşlər olmadan keçirilirdi. Səbəbkarı həmin azarkeşlərdi. Gəlin, məsələyə birtərəfli yanaşmayaq. Ölkə kubokunun final oyunnu zamanı azarkeşlər fişəng yandırdılar. Biz polislərdən xahiş etmişdik ki, onlara toxunmayın. Elə də oldu. Amma oyundan sonra azarkeşlər stadiona axışmaq istəyirdilər. Yaxşı, onlar stadiona düşsəydilər və sözləri çəp gəlsəydi, nə edəcəydik?

- Çempionatı PFL keçirdir, amma birincilikdə iştirak üçün klublara lisenziyanı AFFA verir. Bu, tərsmütənasiblik deyil?

- Dünya praktikasında belədir. Lazımdırsa, onların səhvini düzəldərik (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31