20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Filip Ozobiç rəsmən “Qəbələ”də

2016-2017-ci illər mövsümünün hazırlıqlarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Futbolxeber.az saytının məlumatına görə, ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidir. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30