20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Təbriz Həsənov: "Belə bir komanda yaradılsaydı, yaxşı olardı"

İcraiyyə Komitəsinin iclasında açıqlanan qərarlardan biri də 17 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisinin dəyişirilməsi oldu. Futbolxeber.az saytının məlumatına görə, Təbriz Həsənovun yerinə U-16 millisinin çalışdırıcısı Rafiq Mirzəyev təyin olunub. Bu, adlama prinsipinə əməl olunaraq verilmiş qərardır. Mirzəyev 16 yaşlılardan ibarət komandayla birlikdə indi U-17-ə keçdi. Bəs Təbriz Həsənovun futbol taleyi necə olacaq?

Təcrübəli mütəxəssis futbolpress.az-a açıqlamasında deyib ki, gələcək karyerası ilə bağlı hələlik heç bir məlumat yoxdur: “Boşdayam. Hələ yeni heç bir məlumat yoxdur. Rafiq müəllimin təyinatı münasibətiylə təbrik edirəm, komandaya uğur arzulayıram”.

“Belə məlumat var ki, U-18 komandası yaradılacaq, ya I Divizionda, ya da Premyer Liqada müsabiqədənkənar iştirak edəcək - keçmiş “Şəfa” modelinə yaxın bir şey. Həmin komandaya da Təbriz Həsənov baş məşqi təyin olunacaq. Həsənov yayılan xəbərə belə münasibət bildirib: “Açığı, belə bir komanda yaradılsaydı, yaxşı olardı. Ancaq nə bu haqda məlumat eşitmişəm, nə mənə hansısa təklif olub. Hər halda, həmin yaş qrupu komandanı mən çalışdırmışam və oyunçuları yaxşı yanıyıram. Yaş etaplarını keçdikcə bizdə tarixən futbolçu itkiləri çox olur. Yeniyetmə komadalardan əsas komandaya keçiddə, böyük futbola başlamaqda müxtəlif səbəblərdən axsamalar mövcuddur. Ona görə  belə bir komandanın yaradılması həmin problemin aradan qalxmasına səbəb olar. Fərqi yoxdu hansı çempionatda oynasın, əsas odur, komanda şəklində müntəzəm oyun keçirəcəklər – bu praktikanın və yaxşı formanın saxlanmasında əvəzsiz irəliləyiş olardı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30